Avq 17, 2020 09:07 Asia/Baku
  • Türkiyə vətəndaşlarının İraqa girişi qadağan olunub

İraqın sərhəd gömrük məntəqələri və hava limanlarında Türkiyə vətəndaşlarına vizanın verilməsi dayandırıldı.

İraq Xarici İşlər Nazirliyinin sözçüsü sərhəd və hava limanı keçidlərində Türkiyə vətəndaşlarına vizanın verilməsinin qadağan olunmasından xəbər verib.


Əhməd Əlsəhhaf Türkiyə vətəndaşlarına vizanın verilməsinin qadağan olunmasını bu ölkə ordusunun İraq ərazisinə qarşı hava hücumlarına bir cavab adlandırıb. Bildirib ki, Türkiyə rəsmilərinin səfərləri, o sıradan bu ölkənin müdafiə naziri Hulusi Akarın İraqa planlaşdırılmış görüşü də ləğv edilibdir.

Türkiyənin İraqın şimalına qarşı son iki hava hücumunda yeddi nəfər, o sıradan bu ölkənin iki yüksək rütbəli komandanı öldürülübdür.

Türkiyə iddia edir ki, PKK ünsürlərini yatırmaq üçün İraqın şimalına hücum edibdir.

Teqlər