Avq 17, 2020 09:25 Asia/Baku
  • Borrel: Türkiyə Aralıq dənizinin şərqindəki qazıntı əməliyyatını dərhal dayandırsın

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi bir bəyanatda Türkiyəni Aralıq dənizinin şərqindəki qazıntı əməliyyatını dərhal dayandırmağa çağırıb.

Səhər Azəri bildirir ki, Cozep Borrel Türkiyənin qazıntı işlərini bərpa etməsinin Aralıq dənizində çəkişmələrin şiddətlənməsinə bais olacağını deyib.

Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan bu ölkənin Aralıq dənizinin şərqindəki seysmoqrafik fəaliyyətlərinin davam etdirilməsinə təkid edərək, deyib ki, Ankara təhdidlərə təslim olmayacaqdır.

Aralıq dənizindəki çəkişmələr keçən ildən və Türkiyə, Yunanınstan və Kiprin bölgədə kəşfiyyat və qazıntı əməliyyatları istiqamətindəki cəhdlərinə görə, kəskinləşibdir.

Teqlər