Türkiyədə son sutkada daha 23 nəfər koronavirusdan ölüb
https://azeri.sahartv.ir/news/türkiyə-i366201-türkiyədə_son_sutkada_daha_23_nəfər_koronavirusdan_ölüb
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 23 nəfər ölüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 19, 2020 18:47 Asia/Baku
  • Türkiyədə son sutkada daha 23 nəfər koronavirusdan ölüb

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 23 nəfər ölüb.

SəhərAzəri yerli mediaya istinadla xəbər verir, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb. 

Nazir bildirib ki, son 24 saatda 87 223 şübhəli koronavirus testindən keçib, onlardan 1303-nün cavabı pozitiv çıxıb, ağır xəstə sayı 719 nəfər olub, 1002 xəstə isə sağalaraq evə buraxılıb.

Türkiyədə ümumilikdə 253 108 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 6039 nəfər ölüb.

Image Caption