Makron Türkiyə prezidentini tənqid edib: O Avropanın sabitliyini pozan siyasət yürüdür
"Türkiyə prezidenti islamçı və milliyyətçi siyasəti yürüdür. Bu siyasət Avropanın mənafeyilə uzlaşmır və buranın sabitliyini pozan amil kimi formalaşıb."
SəhərAzəri SalamNews-a istinadla xəbər verir, Emanuel Makron bunu "Paris Match" qəzetinə verdiyi müsahibəsində deyib.
Fransa prezidenti Rəcəb Təyyib Ərdoğanın siyasətini tənqid edərək deyib ki, gərginliyin artırılmasının tərəfdarı olmasa da Avropa bunun qarşısını almalıdır.
"Avropa bu kimi işlərin qarşısını almalı və məsuliyyəti üzərinə götürməlidir. Mən gərginliyin artırılmasının tərəfdarı deyiləm, amma bununla yanaşı zəif diplomatiyanı da qəbul etmirəm. Biz Avropanın bu məsələdə həmrəy olması barədə mesajlar vermişik", deyə Emanuel Makron əlavə edib ki, Ərdoğanla dəfələrlə görüşdüyü üçün tənqidlərə məruz qalıb.
Qeyd edək ki, son zamanlarda Türkiyənin Aralıq dənizində neft-qaz kəşfiyyat axtarışları, rəsmi Ankaranın Liviyada hərbi müstəvidə hazır olması və sair amillər Fransa-Türkiyə əlaqələrində gərginılik yaradıb.