Türkiyədə son sutkada daha 19 nəfər koronavirusdan ölüb
Avq 20, 2020 22:41 Asia/Baku
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 19 nəfər ölüb.
SəhərAzəri xəbər verir, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.
Nazir bildirib ki, son 24 saatda 92 301 şübhəli koronavirus testindən keçib, onlardan 1412-nün cavabı pozitiv çıxıb, ağır xəstə sayı 735 nəfər olub, 882 xəstə isə sağalaraq evə buraxılıb.
Türkiyədə ümumilikdə 254 520 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 6058 nəfər ölüb.