Avq 27, 2020 09:39 Asia/Baku
  • Ərdoğanla Tramp telefonla danışıb

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub. Tərəflər telefon danışığı zamanı regional proseslər və Aralıq dənizindəki gərginlikləri müzakirə ediblər.

SəhərAzəri xəbər verir, Ərdoğan bu danışığda deyib: "Rəsmi Ankara müzakirə və dialoqu, həmçinin regionda gərginliyin azaldılmasını dəstəklədiyini sübut edibdir".

O, Ankaranın heç bir ölkənin torpağı və ərazisində gözü olmadığını bəyan edərək, əlavə edib: "Türkiyə digər ölkələrdən də onun suverenliyinə hörmət etməyi tələb edir".

Türkiyə Və Yunanıstan arasında gərginliklərin artması fonunda Rəsmi Afina Türkiyənin yaratdığı təhlükələri ciddi dəyərləndirib və onun Aralıq dənizinin şərqində sülh üçün bir təhdid olduğunu söyləyib".

Türkiyə və Yunanıstan arasında Şərqi Araliq dənizində neft və qaz kəşfiyyatı ilə əlaqədar xüsusi əhəmiyyət kəsb edən bir sıra bölgələrin mülkiyyəti ilə bağlı mübahisə yaranıb. Hazırda Türkiyənin "Oruc Reis" axtarış gəmisi Ankaranın öz ərazisi hesab etdiyi bölgələrdə kəşfiyyat fəaliyyətləri ilə məşğuldur, Lakin Afina bu ərazilərin Yunanıstanın bir hissəsi olduğunu iddia edir.

Teqlər