Türkiyədə son sutkada koronavirusdan 26 nəfər ölüb
Avq 28, 2020 00:06 Asia/Baku
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 26 nəfər ölüb.
SəhərAzəri yerli mediaya istinadla xəbər verir, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.
Nazir bildirib ki, son 24 saatda 106 111 şübhəli koronavirus testindən keçib, onlardan 1491-nün cavabı pozitiv çıxıb, ağır xəstə sayı 862 nəfər olub, 995 xəstə isə sağalaraq evə buraxılıb.
Türkiyədə ümumilikdə 263 998 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 6209 nəfər ölüb.