Sen 02, 2020 23:02 Asia/Baku
  • Türk generallar Ərdoğanın Yunan hərbi qayığını batırmaq istəyini rədd etdi

Alman qəzeti "Die Volt" ifaşa edərək bildirib: “Türk generalları, prezidentin bir Yunan hərbi qayığını batırmaq istəyini rədd etdilər.”

SəhərAzəri xəbər verir, Alman qəzeti Die Volt, Türk hərbi mənbələrinə istinadən yazıb, Türkiyə Prezidenti Rəcəb Teyyib Ərdoğan, son günlər türk ordusu generallarını əməliyyat zamanı tələfat olmamaq şərti ilə bir Yunan hərbi gəmisini batırmağa çağırıb.
Qəzet açıqlayaraq bildirib ki, Generallar Ərdoğanın təklifinə qarşı çıxdılar və bu hərəkətləri ilə bu ölkənin prezidentindən fürsəti götürdülər.
Əl-Ərəbiyyə, həmin Alman qəzetinə istinadən belə yazıb: Ərdoğan müharibə istəmir, həm də təbliğatda şişirtmələrinin əksinə ölkəsinin Aralıq dənizindəki qaz qaynaqları ilə bağlı hüquqlarının ardınca deyil.
Qəzetin yazdığına görə, Türkiyə prezidentinin yeganə hədəfi budur ki xarici münaqişələrdən yavaş-yavaş daxili siyasi sui-istifadə edərək, iqtisadi planların iflas olmasi və siyasi məkanın pisləşməsi səbəbindən populyarlıq azalmasının qarşısını alsın.
Bu baxımdan, türkiyəli mütəxəssislər Ərdoğanın bölgədəki Türkiyə siyasətinə və Türkiyə iqtisadiyyatına zərər verə biləcəyi barədə xəbərdarlıq edblər.
Mütəxəssislərin də dediyi kimi, Türkiyənin qonşu ölkələr və müttəfiqlərlə mübahisələrdəki ifratçılığı Türk lirasının çökməsinə səbəb olur və Türk iqtisadiyyatı, Türk liderlərinin tələbləri və siyasi ambisiyaları üçün ağır bir bədəl ödəyə bilər.
Bu baxımdan, türk iqtisadi mütəxəssislərindən biri qeyd edib ki; Türkiyənin ABŞ-la münasibətlərinin pisləşməsi və Yunanıstanla müharibəyə başlamaq riski nəticəsində türk lirəsi bir dollar üçün 15 lirəyə düşə bilər.

Teqlər