Sen 03, 2020 20:44 Asia/Baku
  • Binəli Yıldırım koronavirusa yoluxub

Türkiyənin keçmiş baş naziri Binəli Yıldırım və həyat yoldaşı Semiha Yıldırım COVID-19-a yoluxub.

SəhərAzəri Report-a istinadla xəbər verir ki, o, bu barədə “Facebook” səhifəsində paylaşım edib.

“Səhhətimizdə yaranmış narahatlıqla əlaqədar bu səhər Semiha xanımla birlikdə Ankara şəhər xəstəxanasına getdik. COVID-19 testimiz müsbət çıxdı. Səhhətimizdə elə bil problem yoxdur. Həkimlərimiz evdə müalicə almağımızı məsləhət gördü. Vətəndaşlarımızdan qaydalara riayət etmələrini xahiş edirik”, - B.Yıldırım yazıb.

Teqlər