Türkiyə prezidenti düşmən ölkələrə səsləndi
Ərdoğan: Düşmənlərin ssenarilərini zibil qutusuna göndərəcəm
Sen 06, 2020 11:34 Asia/Baku
Rəcəb Təyyib Ərdoğan Türkiyə əleyhinə aqressiv mövqedən çıxan ölkələrə xəbərdarlıq etdi.
Səhər Azəri bildirir ki, Türkiyə prezidenti bu barədə Tvitter-də yazı paylaşıb.
Ərdoğan bildirib: Türkiyə ilə düşmənçiliyini gizlətməkdən çəkinməyənlərin şəxslərin Ankara əleyhinə hiyləgərcəsinə ssenarilərini bir-bir zibil qutusuna göndərəcəyik.
Ərdoğan əlavə edib: Türkiyə bütün düşmən ssenariləri cırıb zibil qutusuna atacaq siyasi, iqtisadi və hərbi qüdrətə malikdir.
Son zamanlar Türkiyənin Aralıq dənizində neft və qaz yataqlarında kəşfiyyat-axtarış əməliyyatı həyata keçirməsi Avropa ölkələrinin Ankaraya qarşı aqressiv ritorika sərgiləməsinə səbəb olub.