Türkiyədə son sutkada koronavirusdan 55 nəfər ölüb
Sen 09, 2020 23:26 Asia/Baku
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 55 nəfər ölüb.
SəhərAzəri yerli mediaya istinadla xəbər verir, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.
Nazir bildirib ki, son 24 saatda 111 193 şübhəli koronavirus testindən keçib, onlardan 1673-nün cavabı pozitiv çıxıb, ağır xəstə sayı 1181 nəfər olub, 943 xəstə isə sağalaraq evə buraxılıb.
Türkiyədə ümumilikdə 284 943 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 6837 nəfər ölüb.