Sen 10, 2020 23:53 Asia/Baku
  • Makron:

Avropa Birliyi (AB) Prezident Ərdoğana qarşı daha iddialı olmalıdır.

SəhərAzəri Publik-ə istinadla xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron Cənubi Avropa Ölkələri Təşkilatının iclasından əvvəlki mətbuat konfransında deyib.

“Türkiyə məsələsində ortaq mövqe müəyyən edilməlidir. Avropanın enerji və strateji mövzularında ortaq siyasəti olmalıdır. Bu mövzular sadəcə NATO-nun öhdəsinə verilməməlidir. Türkiyə Şərqi Aralıq dənizi bölgəsində artıq bir ortaq deyil”, - Makron bildirib.

O, Türkiyənin Yunanıstanın haqlarını inkar edərək Liviya hökuməti ilə imzaladığı razılaşmanın qəbuledilməz olduğunu dilə gətirib: “Türkiyə təxribatları artırır və bu, ölkəyə yaraşmır. Türk xalqı böyükdür və başqa şeylər onun haqqıdır. Biz avropalılar Türk xalqına deyil, Ərdoğan hökumətinə qarşı sərt mövqe sərgiləməliyik”.

Teqlər