Türkiyədən Ərəb Liqasına sərt reaksiya: Rədd edirik!
https://azeri.sahartv.ir/news/türkiyə-i367115-türkiyədən_Ərəb_liqasına_sərt_reaksiya_rədd_edirik!
Türkiyə Ərəb Dövlətləri Liqasının bu ölkəyə qarşı ittihamlarını rədd edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 10, 2020 19:51 Asia/Baku
  • Türkiyədən Ərəb Liqasına sərt reaksiya: Rədd edirik!

Türkiyə Ərəb Dövlətləri Liqasının bu ölkəyə qarşı ittihamlarını rədd edib.

SəhərAzəri Publik-ə istinadla xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Bu ittihamların heç bir əsası yoxdur. Çünki Türkiyə ərəb ölkələrinin ərazi bütövlüyünə və bölgənin sabitliyinə böyük əhəmiyyət verir. İttihamların arxasındakı qüvvələrdən fərqli olaraq, Türkiyənin bu ölkələrin qorunması üçün göstərdiyi səylər hər kəsə məlumdur. Suriyanı parçalamağa çalışan, İraqın ərazi bütövlüyünə təhdid yaradan terrorçuları dəstəkləyən, Liviyada qiyamçı qüvvələrin yanında yer alan, rejimlərə, muzdlulara dəstək verən hökumət rəhbərlərindən fərqli olaraq, Türkiyə bölgədəki sabitliyi və sülhü təmin etmək üçün mübarizəsinə qətiyyətlə davam edəcək”, - bəyanatda bildirilib.

Qeyd edək ki, ötən gün Ərəb Dövlətləri Liqasının baş katibi Əhməd Əbu Qeyt Türkiyənin ərəb dövlətlərinin daxili işlərinə müdaxiləsinin artdığını iddia edib.