Türkiyədə son sutkada koronavirusdan 63 nəfər ölüb
Sen 16, 2020 21:36 Asia/Baku
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 63 nəfər ölüb.
SəhərAzəri xəbər verir, bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca məlumat yayıb.
Nazir bildirib ki, son 24 saatda 112 645 şübhəli koronavirus testindən keçib, onlardan 1771-nün cavabı pozitiv çıxıb, ağır xəstə sayı 1351 nəfər olub, 1342 xəstə isə sağalaraq evə buraxılıb.
Türkiyədə ümumilikdə 296 391 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 7249 nəfər ölüb.