Sen 17, 2020 22:00 Asia/Baku
  • Türkiyədə son sutkada koronavirusdan 66 nəfər ölüb

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 66 nəfər ölüb.

SəhərAzəri xəbər verir,  bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca məlumat yayıb. 

Nazir bildirib ki, son 24 saatda 109 985 şübhəli koronavirus testindən keçib, onlardan 1648-nün cavabı pozitiv çıxıb, ağır xəstə sayı 1372 nəfər olub, 1143 xəstə isə sağalaraq evə buraxılıb. 

Türkiyədə ümumilikdə 298 039  nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 7315 nəfər ölüb.

Teqlər