Sen 21, 2020 17:59 Asia/Baku
  • Ərdoğanı təhqir edən Yunan qəzetinə qarşı cinayət işi açıldı

Ankara Cümhuriyyət Baş Prokurorluğunda Yunanıstanda çıxan "Demokratiya" qəzetinin rəhbərliyi barəsində "prezidenti təhqir etmək" ittihamı ilə cinayət işi açılıb.

Səhər Azəri bildirir ki, Ankara Cümhuriyyət Baş Prokurorluğunda Yunanıstanda çıxan "Demokratiya" qəzetinin manşetində Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanla bağlı təhqiramiz ifadələrin yer alması nədəniylə qəzet rəhbərliyi barəsində "prezidenti təhqir etmək" ittihamı ilə cinayət işi açılıb. 

Anadolu Ajansı xəbər agentliyinin bu barədə yazır: Ankara Cümhuriyyət Baş Prokurorluğu Ərdoğan barəsində təhqiramiz manşet və məqalə dərc etdiyi üçün Yunanıstanın "Demokratiya" qəzetinin məsul şəxsləri barədə Türkiyə Cinayət Məcəlləsinin 12, 13 ve 299 maddələrinə istinadla "Prezidentin təhqir olunması" ittihamı ilə cinayət işinin açılmasına dair qərar qəbul edib. 

Teqlər