Ərdoğan NATO-nun Baş katibi ilə telefonla danışıb
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Şimali Atlantika Alyansı NATO-nun Baş katibi Yens Stoltenberq arasında telefon danışığı baş tutub. Ərdoğan telefon söhbəti zamanı Şərqi Aralıq dənizi məsələsinin dinc yolla həll edilməsinə çağırıb.
SəhərAzəri xəbər verir, Rəcəb Tayyib Ərdoğan son həftələrdə neft və qaz ehtiyatları kəşfiyyatı ilə əlaqədar Ankaranın apardığı əməliyyatların Yunanıstanla gərginliyin artmasına səbəb olduğuna toxunub və xatırladıb: "Türkiyə Şərqi Aralıq dənizi məsələsində gərginliyin azaldılması və dialoqun tərəfdarıdır".
Türkiyə prezidenti Yunanıstanın təhrikedici hərəkətlərinə işarə edərək, deyib: "Rəsmi Ankara həmişə mütədil və sülhün tərəfdarı olubdur və sülüh prosesi Afinanının gərginliyin azalması istiqamətində atacağı səmimi və xoş məramlı addımlarından asılıdır".
Bu yaxınlarda NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyə və Yunanıstan bu hərbi təşkilatın üzvü olduqunu və Aralıq dənizinin şərqində qarşıdurmanın yaşanmaması üçün texniki danışıqlarda iştirak etməyə razılıq verdiklərini deyib.
Son illərdə Kipr sahillərində neft və qaz kəşfiyyatı Türkiyə üçün böyük əhəmiyyət kəsb edib, belə ki, Aralıq dənizində bu ölkənin qazma əməliyyatları Avropa İttifaqı ilə kəskin ixtilafların yaranmasına səbəb olub.