Türkiyədə son sutkada koronavirusdan 74nəfər ölüb
Sen 24, 2020 22:49 Asia/Baku
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 74 nəfər ölüb.
SəhərAzəri xəbər verir, bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca məlumat yayıb.
Nazir bildirib ki, son 24 saatda 113 317 şübhəli koronavirus testindən keçib, onlardan 1721-nün cavabı pozitiv çıxıb, ağır xəstə sayı 1573 nəfər olub, 1241 xəstə isə sağalaraq evə buraxılıb.
Türkiyədə ümumilikdə 309 790 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 7785 nəfər ölüb.