Sen 25, 2020 13:11 Asia/Baku
  • Türkiyədə koronavirusa yoluxma halları artır

Türkiyədə COVID-19-a yoluxanların sayı 309 min nəfəri ötüb keçibdir

Səhər Azəri bildirir ki, bu barədə Türkiyənin səhiyyə naziri məlumat verib.

Fəxrəddin Koca dünən gecə qeyd edib ki, ötən sutka ərzində bu ölkədə 1721 yeni yoluxma halının qeydə alınması ilə bu ölkədə həmin virusa yoluxanların sayı 309 min 790 nəfərə çatıbdır.

Türkiyənin səhiyyə naziri bu ölkədə koronavirusdan ölənlərin miqdarını isə yeddi min 785 nəfər elan edibdir ki, bu da çərşənbəgünkü statistika ilə müqayisədə 74 nəfərlik artımdan xəbər verir.

Türkiyədə koronavirusa yoluxma və bu xəstəlikdən ölüm miqdarı son günlər bir daha artma prosesinə malik olubdur.

Türkiyə hökuməti koronavirusun payız dalğasının qarşısını almaq üçün ağır nağd cərimələr və qanun pozucuları ilə qanuni rəftar kimi koronavirus tədbirlərini icraya qoyubdur.

Türkiyə daxili işlər nazirliyi dünən bir sərəncamda bildiribdir ki, əgər bu ölkədə koronavirusa yoluxmuş şəxslər başqaları ilə malik olduqları əlaqələr barədə koronavirusu izləyən məmurlara qeyri-düzgün məlumatlar verərlərsə, qanuna əsasən, üç aydan iki ilədək həbsə və nağd cərimələr ödəməyə məhkum ediləcəklər.

Teqlər