Korona epidemiyasına baxmayaraq;
Türkiyə Milli Məclisinin yenidən açılması
Okt 01, 2020 15:02 Asia/Baku
Türkiyə parlamenti bu gün yerli vaxtla saat 14:00-də Prezident Rəcəb Tayyib Ərdoğanın çıxışı ilə işinə başlayıb.
SəhərAzəri xəbər verir, Türkiyə Parlamenti 27-ci dövrünün dördüncü ilində, ciddi korona tədbirlərinin ardınca iki aylıq bir fasilədən sonra işini Prezident Rəcəb Tayyib Ərdoğanın çıxışı ilə bu gün saat 14:00-də başlayıb.
Korona virusunun vəziyyətinə görə, millət vəkillərinin və parlament işçilərinin bu mərasimdə iştirakı yalnız Korona virusu testini verməklə mümkündür.
Qeyd edək ki, son altı ayda 15 millət vəkili də daxil olmaqla 276 parlament işçisi Covid19-a yoluxublar və indiyə qədər bir məclis işçisi korona virusun qurbanı olub.