Türkiyədə son sutkada koronavirusdan 67 nəfər ölüb
https://azeri.sahartv.ir/news/türkiyə-i367896-türkiyədə_son_sutkada_koronavirusdan_67_nəfər_ölüb
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 67 nəfər ölüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 01, 2020 19:57 Asia/Baku
  •     Türkiyədə son sutkada koronavirusdan 67 nəfər ölüb

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 67 nəfər ölüb.

SəhərAzəri xəbər verir,  bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca məlumat yayıb. 

Nazir bildirib ki, son 24 saatda 113 546 şübhəli koronavirus testindən keçib, onlardan 1407-nün cavabı pozitiv çıxıb, ağır xəstə sayı 1507 nəfər olub, 1402 xəstə isə sağalaraq evə buraxılıb. 

Türkiyədə ümumilikdə 320 070  nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 8262 nəfər ölüb.