Türkiyədə son sutkada koronavirusdan 57 nəfər ölüb
Okt 04, 2020 22:43 Asia/Baku
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 57 nəfər ölüb.
SəhərAzəri xəbər verir, bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca məlumat yayıb.
Nazir bildirib ki, son 24 saatda 104 402 şübhəli koronavirus testindən keçib, onlardan 1429-nün cavabı pozitiv çıxıb, ağır xəstə sayı 1475 nəfər olub, 1182 xəstə isə sağalaraq evə buraxılıb.
Türkiyədə ümumilikdə 324 443 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 8441 nəfər ölüb.