Fuad Oqtay ermənilərin mülki əhaliyə qarşı törətdiyi müharibə cinayətlərini pisləyib
https://azeri.sahartv.ir/news/türkiyə-i368294-fuad_oqtay_ermənilərin_mülki_əhaliyə_qarşı_törətdiyi_müharibə_cinayətlərini_pisləyib
"Ermənistan insanlığa qarşı cinayət törətdir".
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 12, 2020 16:33 Asia/Baku
  • Fuad Oqtay ermənilərin mülki əhaliyə qarşı törətdiyi müharibə cinayətlərini pisləyib

"Ermənistan insanlığa qarşı cinayət törətdir".

SəhərAzəri trt.net-ə istinaadla xəbər verir, Bunu Türkiyә Prezidentin köməkçisi Fuad Oqtay "Twitter" hesabında ifade edib."Atəşkəsdən 24 saat sonra da Ermənistan yenidən mülki insanları hədəf alaraq insanlığa qarşı bir cinayət törədir. Beynəlxalq ictimaiyyət bu riyakar mövqeyə göz yumaraq Ermənistanın törətdiyi cinayətlərə ortaq olur. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm" deyə Fuad Oqtay qeyd edib.

Qeyd edək ki, Ermənistan və Azərbaycan Rusiyanın paytaxtı Moskvada keçirilən görüşlərdə 10 oktyabr 2020-ci il tarixində yerli saatla 12:00-dan qüvvədə olacaq şəkildə Dağlıq Qarabağdakı cənazələrin və əsirlərin mübadiləsini nəzərdə tutan humanitar məqsədli atəşkəs qəbul etmişdi.

Ermənistan ordusunun atəşkəs qərarının üzərindən 24 saat keçmədən Azərbaycanın Gəncə şəhərinə raketlərlə hücumu nəticəsində 10 mülki vətəndaş həlak olub, 34 nəfər isə yaralanıb