Okt 13, 2020 22:40 Asia/Baku
  • Çavuşoğlu: “Minsk Qrupu olaraq tezliklə geniş formatda görüşüb nə edəcəyimizə qərar verməliyik”

"Atəşkəslə bərabər Ermənistana Azərbaycan torpaqlarını tərk etməklə də bağlı çağırış edilməlidir".

SəhərAzəri Baki mediyalarina istinadən xəbər verir, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu isveçli həmkarı Ann Linde ilə birgə mətbuat konfransında deyib.

O bildirib ki, atəşkəslə bərabər Ermənistana Azərbaycan torpaqlarını tərk etməklə də bağlı çağırış edilməlidir.

Türkiyə XİN başçısı vurğulayıb: “Ermənistana BMT Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in qərarları xatırladılmalıdır. Əgər Ermənistana işğal etdiyi torpaqları tərk etməklə bağlı çağırış edilərsə, o zaman beynəlxalq ictimaiyyətin həqiqətən də münaqişənin həllində maraqlı olduğunu deyə bilərik. Amma təəssüf ki, bu çağırış edilmir. Qısacası, Minsk Qrupu olaraq tezliklə geniş formatda görüşməliyik və nə edəcəyimizə qərar verməliyik”.  

 

Teqlər