Okt 15, 2020 18:52 Asia/Baku
  • Türkiyə: Ermənistan Azərbaycan R. Ilə savaşda hərbi cinayətlər törədibdir

Türkiyənin xarici işlər naziri bildiribdir ki, Ermənistan Azərbaycan Respublikası Ilə savaşda hərbi cinayətlər törədibdir.

SəhərAzəri xəbər verir, Mövlud Çavuşoğlu bu gün videokonfrans formatında keçirilən Qazaxıstanın «Xacə Əhməd Yəsəvi» universitetində yeni dərs ilinin başlanması mərasimində Bakıya dəstək istiqamətində deyibdir ki, Ermənistanın Azərbaycan Respublikasının mövqelərinə qarşı hücumları hərbi cinayətdir və Bakının öz torpaqları və xalqını müdafiə etməsi qanuni bir haqqdır.

Türkiyənin xarici işlər naziri sonra bildiribdir ki, Ankara Azərbaycan Respublikasının Ermənistanla savaşında daima Bakının kənarında duraraq, ona dəstək verəcəkdir.

Teqlər