Okt 17, 2020 23:33 Asia/Baku
  • Türkiyə yeni təbii qaz ehtiyatı aşkarlayıb

Türkiyə Qara dənizdəki milli sektorunda yeni təbii qaz ehtiyatı aşkarlayıb.

SəhərAzəri xarici mediyalara istinadla xəbər verir, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Fatih” kəşfiyyat gəmisini ziyarəti zamanı açıqlayıb ki, Türkiyə Qara dənizdəki milli sektorunda yeni təbii qaz ehtiyatı aşkarlayıb. “Fatih” kəşfiyyat gəmisi tərəfindən araşdırma aparılan “Sakarya” yatağının “Tuna-1” kəşfiyyat quyusunda 85 milyard kubmetr təbii qaz ehtiyatı aşkarlanıb. Beləliklə, Türkiyə tərəfindən Qara dənizdə aşkarlanan təbii qaz ehtiyatının həcmi 405 milyard kubmetrə çatıb.

Qeyd edək ki, Türkiyə tarixinin ən böyük təbii qaz kəşfi bu ilin avqust ayında Qara dənizdə həyata keçirilib. “Fatih” kəşfiyyat gəmisi “Sakarya” yatağındakı “Tuna” kəşfiyyat quyusunda 320 milyard kubmetr təbii qaz ehtiyatı aşkarlayıb.

Teqlər