Türkiyədə son sutkada koronavirusdan 68 nəfər ölüb
Okt 21, 2020 23:26 Asia/Baku
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 68 nəfər ölüb
SəhərAzəri xəbər verir, bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca məlumat yayıb.
Nazir bildirib ki, son 24 saatda 117 943 şübhəli koronavirus testindən keçib, onlardan 2013-nün cavabı pozitiv çıxıb, ağır xəstə sayı 1504 nəfər olub, 1507 xəstə isə sağalaraq evə buraxılıb.
Türkiyədə ümumilikdə 353 426 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 9513 nəfər ölüb.