Okt 26, 2020 22:44 Asia/Baku
  • Türkiyədə son sutkada koronavirusdan 75 nəfər ölüb

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 75 nəfər ölüb

SəhərAzəri xəbər verir,  bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca məlumat yayıb. 

Nazir bildirib ki, son 24 saatda 132 913 şübhəli koronavirus testindən keçib, onlardan 2198-nün cavabı pozitiv çıxıb, ağır xəstə sayı 1780 nəfər olub, 1618 xəstə isə sağalaraq evə buraxılıb. 

Türkiyədə ümumilikdə 363 999  nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 9874 nəfər ölüb.

Image Caption

 

Teqlər