Noy 01, 2020 19:52 Asia/Baku
  • İzmir zəlzələsində ölənlərin sayı 62-ə çatıb

Türkiyənin səhiyyə nazirliyi bildirib ki, İzmir zəlzələsində ölənlərin sayı 62 nəfərə çatıbdır.

 SəhərAzəri xəbər verir, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi bildiribdir ki, cümə günü İzmirdə baş verən zəlzələdə ölənlərin sayı 62-ə, yaralıların sayı isə 940 nəfərə çatıbdır ki, onlardan 229 nəfərin müalicəsi xəstəxanalarda davam edir. Sağ qaldıqları ehtimal olunan insanlara yardım və onların xilas edilmələri əməliyyatı davam edir.

Türkiyə prezidentinin müavini Fuad Oktay da İzmirdə fövqəladə durum və böhranın idarə olunması mərkəzinin iclasından sonra deyibdir ki, son yeraltı təkan İzmirin Bayraklı bölməsinə ən çox xəsarət vurubdur.

Dünən İzmir şəhərinin meri Tunc Sevir bildirmişdi ki, 180-dən çox vətəndaş hələ də uçqunlar altındadır.

Teqlər