Davud Gül: "Evinizdən bayırda bir dəqiqə belə vaxt keçirməyin"
Noy 06, 2020 14:35 Asia/Baku
"Məcbur olmadıqca evinizdən bayırda bir dəqiqə belə vaxt keçirməyin".
SəhərAzəri Axar-a istinadən xəbər verir ki, bunu Türkiyənin Qaziantep şəhərinin valisi Davud Gül yeni növ koronavirus epidemiyası barədə danışarkən bildirib.
Vali koronavirusun şəhərdə geniş yayıldığını deyib:
"Kütləvi yerlərdə maskasız dolaşmaq, fiziki məsafəni qorumamaq, şəxsi gigiyena qaydalarına riayət etməmək yoluxmanı daha da artırır. Qohumlarınızın və dostlarınızın evinə getməyin".