Türkiyədə son sutkada koronavirusdan 87 nəfər ölüb
https://azeri.sahartv.ir/news/türkiyə-i369443-türkiyədə_son_sutkada_koronavirusdan_87_nəfər_ölüb
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 87 nəfər ölüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 10, 2020 19:40 Asia/Baku
  • Türkiyədə son sutkada koronavirusdan 87 nəfər ölüb

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 87 nəfər ölüb.

SəhərAzəri xəbər verir,  bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca məlumat yayıb. 

Nazir bildirib ki, son 24 saat ərzində 146 198 şübhəli koronavirus testindən keçib, onlardan 2529-nün cavabı pozitiv çıxıb, ağır xəstə sayı 3001 nəfər olub, 2 215 xəstə isə sağalaraq evə buraxılıb. 

Türkiyədə ümumilikdə 399 360  nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 11 min 59 nəfər ölüb.