Noy 14, 2020 23:15 Asia/Baku
  • Türkiyədə son sutkada koronavirusdan 92 nəfər ölüb

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 92 nəfər ölüb.

SəhərAzəri xəbər verir,  bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca məlumat yayıb. 

Nazir bildirib ki, son 24 saat ərzində 150 141 şübhəli koronavirus testindən keçib, onlardan 3116-nün cavabı pozitiv çıxıb, ağır xəstə sayı 3 423 nəfər olub, 2 298 xəstə isə sağalaraq evə buraxılıb. 

Türkiyədə ümumilikdə 411 055  nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 11 min 418 nəfər ölüb.

Teqlər