Türkiyənin Azərbaycan Respublkasına hərbi qüvvə göndərmək planı
https://azeri.sahartv.ir/news/türkiyə-i369655-türkiyənin_azərbaycan_respublkasına_hərbi_qüvvə_göndərmək_planı
Türkiyə prezidenti bu ölkənin hərbi qüvvələrinin Azərbaycan Respublkasına göndərilməsi planını Türkiyə parlamentinə təqdim edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 16, 2020 19:52 Asia/Baku
  • Türkiyənin Azərbaycan Respublkasına hərbi qüvvə göndərmək planı

Türkiyə prezidenti bu ölkənin hərbi qüvvələrinin Azərbaycan Respublkasına göndərilməsi planını Türkiyə parlamentinə təqdim edib.

SəhərAzəri xəbər verir, Rəcəb Tayyıb Ərdoğan Qarabağ barədə Azərbaycan Respublkası ilə Ermənistan arasında əldə olunan son atəşkəs razılaşmasının ardınca Türkiyə parlamentinə bu ölkənin hərbi qüvvələrinin Azərbaycan Respublkasında yerləşdirilməsi barədə bir plan təqdim edib.

Türkiyənin Azərbaycan Respublkasına hərbi qüvvələr göndərmək barədəki planı xəbərinin yayılması elə bir şəraitdə həyata keçir ki, Qarabağ savaşına son qoymaq üçün ötən həftə Bakı, İrəvan və Moskvanın üçtərəfli razılaşma imzalamalarının ardınca Rusiya qüvvələri bu razılaşmanın icrasına nəzarət üçün bölgədə yerləşiblər.

Bundan öncə Kreml-in sözçüsü Dmitri Peskov Türkiyə hərbçilərinin Azərbaycan Respublkasında yerləşmələrinə qarşı çıxmışdı. Demişdi ki, yalnız rus sülhməramlıları münaqişəli Qarabağ bölgəsində iştirak edəcəklər.