Türkiyədə son sutkada koronavirusdan 94 nəfər ölüb
https://azeri.sahartv.ir/news/türkiyə-i369656-türkiyədə_son_sutkada_koronavirusdan_94_nəfər_ölüb
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 94 nəfər ölüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 16, 2020 20:00 Asia/Baku
  • Türkiyədə son sutkada koronavirusdan 94 nəfər ölüb

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 94 nəfər ölüb.

SəhərAzəri xəbər verir,  bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca məlumat yayıb. 

Nazir bildirib ki, son 24 saat ərzində 151 516 şübhəli koronavirus testindən keçib, onlardan 3 316-nün cavabı pozitiv çıxıb, ağır xəstə sayı 3 610 nəfər olub, 2 712 xəstə isə sağalaraq evə buraxılıb. 

Türkiyədə ümumilikdə 417 594  nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 11 min 601 nəfər ölüb.