Türkiyə Avropa Birliyi, İtaliya və Almaniyanın səfirlərini çağırdı
https://azeri.sahartv.ir/news/türkiyə-i369938-türkiyə_avropa_birliyi_İtaliya_və_almaniyanın_səfirlərini_çağırdı
Türkiyə Xarici İşlər Nazirliyi, Avropa Birliyi, İtaliya və Almaniyanın səfirlərini Türk gəmisini yoxlama cəhdinə etiraz olaraq çağırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 24, 2020 04:09 Asia/Baku
  • Türkiyə Avropa Birliyi, İtaliya və Almaniyanın səfirlərini çağırdı

Türkiyə Xarici İşlər Nazirliyi, Avropa Birliyi, İtaliya və Almaniyanın səfirlərini Türk gəmisini yoxlama cəhdinə etiraz olaraq çağırıb.

SəhərAzəri xəbər verir, Türkiyə Xarici İşlər Nazirliyi, bu gün, bazar ertəsi Aralıq dənizində bir Türk gəmisini yoxlamağa çalışdığlarına görə, Avropa Birliyi, İtaliya və Almaniyanın səfirlərini çağırdı.
Türkiyә Xarici İşlәr Nazirliyindәn verilәn bәyanatda qeyd olub ki, Avropa İttifaqı vә İtaliya sәfirlәri ilә Almaniyanın Türkiyәdәki müvәqqәti işlәr vәkili, bu mәsәlә ilә bağlı Türkiyә Xarici İşlәr Nazirliyinә çağırılıb.
Türkiyә Xarici İşlәr Nazirliyindәn verilәn bәyanatda deyilir: “Roseline-A adlı ticarәt gәmimizdә “İrini” әmәliyyatı çәrçivәsindә ölkәmizdәn icazә alınmadan aparılan qeyri-qanuni axtarışa etiraz edilib vә müvafiq ölkәlәrә nota verilib. Notada hadisәnin beynәlxalq hüquq normalarına zidd olduğu vurğulanıb”.
Qeyd edәk ki, yunanıstanlı komandan tәrәfindәn idarә edilәn “İrini” әmәliyyatı çәrçivәsindә Türkiyәdәn Liviyaya әrzaq vә boya daşıyan gәmidә qeyri-qanuni axtarış aparılmışdı.