Türkiyədə son sutkada koronavirusdan 161 nəfər ölüb
Noy 24, 2020 21:10 Asia/Baku
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 161 nəfər ölüb
SəhərAzəri xəbər verir, bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca məlumat yayıb.
Nazir bildirib ki, son 24 saat ərzində 162 231 şübhəli koronavirus testindən keçib, onlardan 7 381-nün cavabı pozitiv çıxıb, ağır xəstə sayı 4 543 nəfər olub, 3 678 xəstə isə sağalaraq evə buraxılıb.
Türkiyədə ümumilikdə 460 916 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 12 min 672 nəfər ölüb.