Noy 29, 2020 09:57 Asia/Baku
  • Türkiyə Möhsün Fəxrizadənin terror edilməsini qınayıb

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) İranın nüvə və raket sistemləri üzrə alimi Möhsün Fəxrizadənin sui-qəsd nəticəsində həyatını itirməsi ilə bağlı açıqlama yayıb.

SəhərAzəri xəbər verir, Türkiyə XİN tərəfindən İran hökumətinə və mərhumun ailəsinə başsağlığı verilən açıqlamada bildirilib: “Möhsün Fəxrizadənin terrora məruz qalaraq öldürülməsindən dərin təəssüf hissi keçiririk və bu alçaq cinayəti qınayırıq”.

Açıqlamada daha sonra qeyd olunub ki, Türkiyə bölgədə sülhü, rifahı pozmağa çalışan bütün cinayət və hədəfdən asılı olmayaraq, hər cür terrora qarşıdır: “Bu baxımdan, sözügedən terroru həyata keçirənlərin ədalət qarşısına çıxarılmasını və məsuliyyətə cəlb olunmasını diləyirik. Bütün tərəfləri sağlam düşüncə və təmkinlə davranmağa, bölgədə böyüməyə səbəb olacaq gərginiklərdən çəkinməyə dəvət edirik”.

Teqlər