Dek 04, 2020 18:41 Asia/Baku
  • Ərdoğan: Ümid edirəm ki, Fransa tezliklə Makron bəlasından xilas olacaq

Türkiyə prezidenti tənqidi bir çıxışda Fransanın tezliklə Makron bəlasından xilas olacağına ümid bəslədiyini bildirib.

SəhərAzəri xəbər verir, Rəcəb Tayyıb Ərdoğan bu gün İstanbulda keçirdiyi mətbuat konfransında deyib ki, Fransa Emmanuel Makronun hökmranlığı dövründə olduqca təhlükəli bir dövr keçirir.

Türkiyə prezidenti sonra söyləyib ki, Makron Fransanın başına bir bəladır və ümid edir ki, bu ölkə tezliklə Makron bəlasından xilas olacaq.

Ərdoğanın bu sözləri Türkiyə və Azərbaycan Respublikasının Fransa senatının Dağlıq Qarabağın “müstəqilliyini tanıması” ilə əlaqədar hökumətə çağırışına münasibət bildirmələrindən sonra söylənibdir.

Fransa senatı son zamanlar bir layihə qəbul edib. Dağlıq Qarabağın “müstəqilliyinin tanınması”na təkid edən Fransa senatı Ermənistan, Azərbaycan Respublikası və Rusiya arasındakı son razılaşmanı təsdiqləmədəyini vurğulayıb.

Azərbaycan Respublikası parlamenti Fransa senatının qərarından sonra bir bəyanat qəbul edərək, rəsmi Bakıdan istədi ki, Fransanın Minsk qrupunun həmsədrliyindən çıxarılması haqda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına ərizə versin.

Türkiyənin müdafiə naziri Hulusi Akar da Fransa senatının qərarına cavabda vurğulayıb ki, Paris Minsk qrupunun həmsədri kimi tərəfsiz qalmalıdır. O, deyib: "Parisin bu qərarı bir daha göstərdi ki, Fransa Qarabağ problemininin həll yolu deyil, onun bir hissəsidir".

Teqlər