Dek 06, 2020 16:44 Asia/Baku
  • Türkiyə ordusu Suriya və İraqın şimalına hücumlar keçirib

Türkiyə ordusu və onunla müttəfiq olan suriyalı müxalif qruplar bir daha Suriyanın şimal şərqində yerləşən Həsəkə şəhərinin bölgələrini gülləbaran ediblər.

SəhərAzəri yerli mənbələrə istinadla xəbər verir ki, Türkiyə ordusunun artilleriya hücumu Əbu-Rasin şəhərinin ətrafında yerləşən «Dada Əbdal» kəndində vətəndaşların

mənzilləri və əmlaklarına xəsarətlər vurubdur.

Türkiyə ordusu terrorçularla mübarizə bəhanəsilə Suriyanın şimal bölgələrinin bir hissəsini işğal edib. Türkiyə hərbçilərindən bir qrupu hələ də bu bölgələrdə iştirak edir.

Suriya hökuməti Türkiyənin və Suriyada onun tabeliyində olan qüvvələrin iştirakını işğalçılıq hesab edərək, buna son qoyulması vacibliyini vurğulayıb.

Belə bir halda, Türkiyə ordusunun qırıcıları Türkiyə Kürdüstanı Fəhlə Partiyası- PKK-nın İraqın şimalındakı mövqelərini bombalayıblar.

İki türkiyəli qırıcı şənbə günü İraqın şimalındakı Əlimadiyyə rayonunun bölgələrindən olan Deyr-Əlvək məntəqəsində yerləşən Kare dağının ətəklərindəki iki kəndin ətrafını bombardman edib.

Türkiyə ötən iyun ayının ortalarında İraqın Kürdüstan iqlimində «İraqın şimalındakı PKK üzvlərini yatırmaq» adlandırdığı məqsədlə iki hərbi əməliyyata başlayıbdır.

Suriya və İraq hökumətləri dəfələrlə Türkiyənin hərbi qüvvələrinin öz ölkələrindəki iştirakları və hücumlarını öz ərazi bütövlüklərinin pozulmasının bariz nümunəsi adlandıraraq, onları pisləyiblər.

Teqlər