Aİ: Türkiyənin Şərqi Aralıqdakı rəftarı səmərəli deyil
Dek 08, 2020 18:17 Asia/Baku
Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi bir daha Türkiyənin Şərqi Aralıq dənizindəki hərəkətlərinə reaksiya verib və onu qeyri-səmərəli adlandırıb.
SəhərAzəri xəbər verir, Cozep Borrel Brüsseldə üzv ölkələrin xarici işlər nazirlərinin iclasından sonra müxbirlər qarşısında deyib: Türkiyənin rəftarında əsaslı dəyişiklik müşahidə olunmayıb, hətta şərait bəzi hallarda daha ağır olub və bununla bağlı dəyərləndirmələr pozitiv deyildir.
O, bildirib ki, bu məsələ ətraflı şəkildə bu həftənin sonunda keçirilməsi qərara alınmış Avropa Birliyi başçılarının sammitində izləniləcək.
Türkiyə ilə Avropa Birliyi arasındakı çəkişmələr Ankara tərəfindən Şərqi Aralıqda nəzərəçarpacaq dərəcə qaz ehtiyatlarının kəşfiyyatının ardınca yüksəlibdir.