Dek 08, 2020 19:26 Asia/Baku
  • Ərdoğan sabah Azərbaycan Respublikasına səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 10-da Bakıda keçiriləcək Qarabağ müharibəsində qələbəyə həsr olunmuş hərbi paradda iştirak etmək üçün sabah Azərbaycan Respublikasına səfər edəcək.

SəhərAzəri Apa-ya istinadən xəbər verir ki, səfər Azərbaycan Respublikası prezidenti İlham Əliyevin dəvəti əsasında baş tutacaq.

 

 

 

 

 
 
 
 
 
Ad - 00:04
 
 
 
Optimal Sərfəlidir

Səfər zamanı Azərbaycanın haqlı mübarizəsinin beynəlxalq platformalarda dəstəklənməsi ilə bağlı birgə addımlar, iki ölkə arasında mövcud əməkdaşlığın gücləndirilməsi müzakirə olunacaq.

Səfər çərçivəsində aktual beynəlxalq və regional məsələlər barəsində fikir mübadiləsi aparılacaq. Eyni zamanda, ikitərəfli əlaqələrə dair müxtəlif anlaşma və memorandumların imzalanması da planlaşdırılır.

 

Teqlər