Dek 09, 2020 15:09 Asia/Baku
  • Makron və Ərdoğan qarşı-qarşıya

Çox öncələrdən bəzi beynəlxalq məsələlərdə problemlərlə üzləşən Fransa-Türkiyə münasibətləri son günlər çox gərgin və kəskin olubdur.

SəhərAzəri xəbər verir, Türkiyənin avropalı olması üzrə proqramdan illər keçir. Avropa bu qənaətdədir ki, Türkiyə avropalı olmaq amallarından günbəgün uzaqlaşır.

Avropalılar arasından Fransa və Yunanıstan ixtilafları əyaniləşdiriblər. Belə ki, avropalı müttəfiqlər tərəfindən Türkiyənin sanksiya olunmasını istəyirlər. Ötən bir neçə ay ərzində Aralıq dənizindəki kəşfiyyat fəaliyyəti, Türkiyəni Yunanıstanla qarşıdurma həddinədək apardı. Fransa ilə çəkişmə də daha çox iki ölkə başçılarının höcətləşmələri formasında özünü göstərir.

Ərdoğanın son bir neçə aydakı çıxışlarında Makronu beyni ölmüş şəxs adlandırmasından tutmuş hazırda dediyi; «Fransa Makronun şərindən xilas olmalıdır» ifadəsinədək.

Amma Fransada öz asiyalı qonşularına cavabları nə olub və nə olacaqdır?

Çox öncələrdən bəzi beynəlxalq məsələlərdə problemlərlə üzləşən Fransa-Türkiyə münasibətləri son günlər çox gərgin və kəskin olubdur.

Ərdoğanın Makronu «psix» adlandırması Parisə çox baha başa gəldi. Belə ki, özünün Ankaradakı səfirini geri çağırdı.

Fransa-Türkiyə münasibətləri tarixində ilk dəfədir ki, bir ölkənin səfiri geri çağırılır".

NATO müttəfiqləri kimi Avropa-Türkiyə münasibətləri bir il bundan öncə Liviya işi xüsusiyyət təşkil etməklə bir çox dosyalarda fikir ayrılıqları nəticəsində kəskinləşdi və ardıcıl surətdə tənəzzül etdi.

Bir çox ekspert Makronun öz misirli həmkarını səmimi qarşılamasını Türkiyəni yatırmaq istiqamətində izah edir.

Avropanın siyasi atmosferində Türkiyənin adı NATO-nun tüfeylisi kimi çəkilir. Cari ayda keçiriləcək Avropa Birliyi sammitində bu tüfeylinin sanksiya edilməsi ciddi şəkildə iş gündəminə gətirilməlidir.

Teqlər