Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasına səfər edib
Türkiyə prezidenti Azərbaycan Respublikası rəsmilərilə görüşmək məqsədilə bu gün Bakıya səfər edib.
SəhərAzəri xəbər verir, Türkiyə prezident administrasiyası bir bəyanatda bildirib ki, Rəcəb Tayyıb Ərdoğan bu ikigünlük səfərdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə görüşdə onunla regional və beynəlxalq olaylar və birgə layihələrin icrası barədə söhbət edəcək.
Rəcəb Tayyıb Ərdoğan və İlham Əliyev sentyabrın onunda Azərbaycan Respublikasının Qarabağ savaşındakı qələbəsi münasibətilə keçiriləcək bu ölkənin silahlı qüvvələrinin paradında iştirak edəcəklər.
Azərbaycan Respublikası ordusu cari il sentyabrın 27-də Dağlıq Qarabağ bölgəsini və ətraf rayonları Ermənistanın işğalından azad etmək məqsədilə əməliyyata başladı və 44 gündən sonra bu ölkədən öz ərazlərini geri almağa müvəffəq oldu.
Azərbaycan Respublikası ilə Ermənistan arasında sentyabrın 27-də başlanan yeni hərbi döyüşlər ötən ay Rusiyanın vasitəçiliyi, həmçinin Rusiya və Azərbaycan Respublikası prezidentləri ilə Ermənistanın baş naziri arasında sülh razılaşmasının imzalanması ilə başa çatdı.