Türkiyədə virusdan rekord sayda ölüm qeydə alındı
Dek 17, 2020 00:29 Asia/Baku
Türkiyədə son sutka ərzində koronavirus (COVID-19) infeksiyasından 240 nəfər dünyasını dəyişib. Bu, Türkiyədə COVID-19 səbəbindən ölümlə bağlı ən yüksək göstəricidir.
SəhərAzəri xəbər verir, bu barədə ölkənin Səhiyyə Nazirliyindən məlumat verilib.
Məlumata görə, 29 718 yeni yoluxma faktı qeydə alınıb. Bununla da pandemiya qurbanlarının sayı 17 121 , virusa yoluxanların sayı isə 1 928 165 nəfərə çatıb.
Türkiyədə indiyədək 1 691 113 pasiyent sağalaraq evə buraxılıb.