Dek 17, 2020 15:24 Asia/Baku
  • Türkiyə AB ölkələrinin səfirlərilə məşvərət edib

Türkiyə prezident administrasiyasının sözçüsü videokonfrans formatında Avropa Birliyinə üzv ölkələrin səfirləri ilə söhbət edib.

SəhərAzəri xəbər verir, bu söhbət Avropa Birliyi rəhbərlərinin Türkiyənin dəniz kəşfiyyatları məsələsi və Yunanıstanla ixilaflarına görə, Ankaranın sanksiya edilməsi barədəki razılaşmalarından sonra həyata keçirilibdir.

Həmin söhbətdə Türkiyə prezident administrasiyasının sözçüsü İbrahim Kalın Avropa Birliyinə üzv ölkələrin nümayəndələrini Ankara ilə həmrəy olmağa çağırıb.

Türkiyənin miqrantlar məsələsi üstündə Avropa İttifaqı ilə razılaşmasına toxunan Ərdoğanın sözçüsü həmçinin bu ölkələri bütün sahələrdə Ankaraya dəstək verməyə çağırıb.

Avropa Birliyinin Şərqi Aralıq qazı məsələsi barədə Ankara ilə ixtilafları bir Türkiyə gəmisinin bu ölkədəki limanlardan birinə geri dönməsindən sonra başlanıbdır.

Belə bir halda, Avropa İttifaqı öncədən Şərqi Aralıq dənizinin münaqişəli sularında qaz axtarışına son qoyması haqda Türkiyəyə xəbərdarlıq etmişdi.

Bu birlik həmçinin Ankaranın Liviya və Suriya savaşlarında rol oynaması və Rusiya ilə əlaqəsindən narazıdır.

Teqlər