Dek 21, 2020 00:35 Asia/Baku
  • Türkiyədə

Türkiyədə son 24 saatda koronavirusdan 246 ölüm faktı qeydə alınıb.

SəhərAzəri xəbər verir, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca öz açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyənlərlə birlikdə 20 316 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.

Bu gün sağalan xəstə sayı 21 218 nəfər olub. Ağır xəstə sayı dünənlə müqayisədə 153 nəfər azalaraq 5347 olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları müəyyən edilməyən 2 024 601 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 1 800 286 nəfər sağalıb, 18 097 nəfər isə ölüb.

Teqlər