Ərdoğan: Avropa Məhkəməsinin qərarı riyakarcasınadır
Türkiyə prezidenti Avropa İnsan Hüquqları Məhkəməsinin bu ölkədə Xalqların Demokratik Partiyasının lideri Səlahəddin Demirtaşın azadlığa buraxılması tələbini riyakarcasına hərəkət adlandırıb.
SəhərAzəri xəbər verir, Rəcəb Tayyib Ərdoğan bu gün Ədalət və İnkişaf Partiyasının üzvləri qarşısındakı çıxışında bir daha Türkiyə məhkəmələrinin Səlahəddin Demirtaşın işi haqda qərar qəbul edib, hökm verə biləcəklərini vurğulayıb və Avropa İnsan Hüquqları Məhkəməsinin hökmünü siyasi hökm adlandırıbdır.
Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında deyilir ki, Türkiyə dörd ildən artıq həbsdən sonra Xalqların Demokratik Partiyasının sabiq rəhbəri Demirtaşı dərhal zindandan buraxmalıdır.
Türkiyə prezidentliyinə keçmiş namizəd və bu ölkənin görkəmli kürd siyasi xadimlərindən olan Səlahəddin Demirtaş 2016-cı ilin noyabrında terror təbliğatı ittihamı ilə həbs edilərək, zindana salındı.
Türkiyə parlamentində bu ölkə hökuməti ilə ikinci müxalif partiya olan Xalqların Demokratik Partiyası uğursuz 2016-cı il iyul dövlət çevrilişindən sonra hakim fraksiya tərəfindən kəskin cəza tədbirləri altında qərar tapıbdır.