Dek 28, 2020 12:22 Asia/Baku
  • Türkiyədə Yeni il şənlikləri keçirilməyəcək

Türkiyənin Daxili İşlər Nazirliyi koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün bu ölkədə Yeni il şənliklərinin keçirilməsini qadağan edib.

SəhərAzəri Anadolu xəbər agentliyinin məlumatına istinadən xəbər verir, Türkiyənin Daxili İşlər Nazirliyi bir bəyanat yayaraq, yeni ildə koronavirusla əlaqədar məhdudiyyətlər barədə bildirib ki, bu ölkədə dekabrın 31-də saat 21:00-dan yanvarın 4-də saat 5:00-dək hərəkət məhdudiyyəti tətbiq olunacaq.

Son günlər Türkiyədə koronavirusa yoluxma və ölüm hallarının artması ilə bu ölkənin 34 vilayətində yerli karantin rejimi tətbiq edilib.

Türkiyə hökuməti, həmçinin koronavirusun yeni dalğası ilə mübarizə aparmaq üçün karantin qaydalarını pozanlara ağır nağd cərimələr və qanuni cəza da nəzərdə tutub.

İndiyə qədər Türkiyədə 2 milyon 133 mindən çox insan koronavirusa yoluxub, onlardan təxminən 20 min nəfəri həyatını ititrib.

Teqlər