“Ermənistan Azərbaycanın ərazi bütövlüyünə hörmət edərsə, əlaqələrimiz normallaşa bilər”
https://azeri.sahartv.ir/news/türkiyə-i371391-ermənistan_azərbaycanın_ərazi_bütövlüyünə_hörmət_edərsə_əlaqələrimiz_normallaşa_bilər
“Ermənistan atəşkəsə riayət edib, Azərbaycan və digər qonşularının ərazi bütövlüyünə hörmət edərsə, əlaqələrimiz normallaşa bilər”.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 30, 2020 08:57 Asia/Baku
  • “Ermənistan Azərbaycanın ərazi bütövlüyünə hörmət edərsə, əlaqələrimiz normallaşa bilər”

“Ermənistan atəşkəsə riayət edib, Azərbaycan və digər qonşularının ərazi bütövlüyünə hörmət edərsə, əlaqələrimiz normallaşa bilər”.

SəhərAzəri xəbər verir, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilin yekunlarına dair çıxışında deyib.

O bildirib ki, bu normallaşmadan daha çox Ermənistan və onun xalqı yararlanacaq.  

Türk hərbçilərinin Azərbaycanda olduğunu xatırladan Türkiyənin xarici işlər naziri Soçiyə səfəri zamanı rusiyalı həmkarı Sergey Lavrovla Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzini müzakirə etdiklərini vurğulayıb.