Türkiyə və Rusiya xarici işlər nazirləri görüşüblər
https://azeri.sahartv.ir/news/türkiyə-i371400-türkiyə_və_rusiya_xarici_işlər_nazirləri_görüşüblər
Türkiyə və Rusiya xarici işlər nazirləri bir iclasda iki ölkənin hərbi əməkdaşlığının davamına təkid ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 30, 2020 15:36 Asia/Baku
  • Türkiyə və Rusiya xarici işlər nazirləri görüşüblər

Türkiyə və Rusiya xarici işlər nazirləri bir iclasda iki ölkənin hərbi əməkdaşlığının davamına təkid ediblər.

SəhərAzəri xəbər verir, Mövlud Çavuşoğlu Türkiyə-Rusiya birgə Strateji Planlaşdırma Komitəsinin səkkizinci iclasının kənarında deyib: Biz Amerikanın sanksiyalarından heç vaxt geri çəkilməyəcəyik.

Türkiyənin xarici işlər naziri qeyd edibdir ki, ABŞ-ın sanksiyaları qanunsuz olaraq, bu ölkənin suverenliyinə qarşı bir hücumdur.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bu görüşdə vurğulayıb: Qərb ölkələrinin sanksiyalar tətbiq etmələri heç vaxt Ankara-Moskva münasibətlərini təsir altına almayacaq.

O, vurğulayıb ki, son dərəcə dəyərli olan bu əlaqələr bir kəsin xudbincəsinə və zorakı mövqelərinə tabe deyildir.

Amerika son zamanlar KAATSA(CAATSA) qanununa istinadla Rusiyadan S-400 raket sistemi satın almasına görə, Türkiyəyə embarqo tətbiq edibdir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da ABŞ-ın ölkəsinə qarşı sanksiyalar tətbiq etmək qərarını pisləyibdir.